...

Sarkisyan: "Rosneft" Ermənistanda fəaliyyət göstərəcək

Siyasət Materials 2 Dekabr 2013 16:04 (UTC +04:00)
"Rosneft"in Ermənistanda işə başlaması haqqında razılıq əldə edilib.
Sarkisyan: "Rosneft" Ermənistanda fəaliyyət göstərəcək

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

"Rosneft"in Ermənistanda işə başlaması haqqında razılıq əldə edilib. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumaat görə, bunu bazar ertəsi Prezident Serj Sarkisyan Gümridə Ermənistan-Rusiya regionlararası forumunun açılışında deyib.

Tədbirin açılış mərasimində Rusiya Prezidenti Vladimir Putin də iştirak edib.

Ermənistan Prezidenti bildirib ki, ölkədə artıq xeyli müddətdir Rusiyanın "İnter RAO EES", "Qazprom", VTB kimi şirkətləri uğurla fəaliyyət göstərir: "Bu yaxınlarda isə "Rosneft"in Ermənistan bazarına çıxması haqqında qərar qəbul edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti