Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin Sivas vilayətində ölkənin Silahlı Qüvvələrinə məxsus ərazidə yerləşən kilsə restavrasiya edilərək Erməni Dostları Dərnəyinə veriləcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat verib.
Qəzetin məlumatına əsasən, bu addım ölkədə reallaşdırılan demokratikləşmə paketi çərçivəsində həyata keçiriləcək.
Məlumatda o da qeyd olunur ki, Sivas vilayətində ölkənin Silahlı Qüvvələrinə məxsus ərazidə yerləşən digər kilsə və monastrların da yaxın zamanlarda digər dini azlıqlara geri qaytarılacağı gözlənilir.