...

Oqtay Əsədov: "Şahdəniz 2" layihəsi üzrə yekun sənədin imzalanması Azərbaycan xalqının rifahına xidmət edəcək

Siyasət Materials 17 Dekabr 2013 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir İ.İzzət/

Milli Məclisin sədri Oqtay Əsədov Bakıda "Şahdəniz 2" layihəsi üzrə yekun sənədin imzalanması münasibətilə millət vəkillərini və Azərbaycan xalqını təbrik edib.

Trend-in məlumatına görə, spiker parlamentin bu gün keçirilən iclasında deyib: "Bu sənəd Heydər Əliyevin və Azərbaycanın neft strategiyasının təntənəsidir. Bu, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Bu münasibətlə sizi təbrik edirəm! Bu sənəd, bu qərar Azərbaycan xalqının rifahına xidmət edəcək".

Millət vəkili Əli Məsimli isə imzalanmış bu sənədi "Əsrin müvaqiləsi" ilə müqayisə edib. Onun fikrincə, 1994-cü ildə imzalanmış "Əsrin müvaqiləsi" 20-ci əsrin müqaviləsi idisə, bu sənəd 21-ci əsrin müqaviləsi olacaq: "Bu sənəd "Şahdəniz 3"-ə doğru inkişaf edəcək. Bu, Azərbaycanın müstəqilliyinə real məzmun vermək istiqamətində mühüm addımdır. Azərbaycan energetika sahəsində ikili funksiya yerinə yetirəcək. Bu sənəd həm bölgənin enerji resurlarının Avropa istiqamətində ötürülməsində, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayacaq".

Ə.Məsimli eyni zamanda, bunun qarşılığında Azərbaycanın da Avropadan müəyyən gözləntilərinin olduğunu qeyd edib: "Əgər Azərbaycan fikirdə, sözdə, işdə 500 milyon insanın yaşadğı məkanın enerji təhlükəsizliyinin təmin edilməsində fəal iştirak edirsə, Avropa strukturları da Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qrabağ problerminin həllində qəbul etdiyi sənədlərə hörmətlə yanaşmalıdır".

Çıxış edən bir sıra digər millət vəkilləri belə bir mühüm sənədin imzalanması münasibətilə Azərbaycan xalqını təbrik edib, onun Azərbaycan xalqının rifahının yüksəldilməsinə töhfə verəcəyinə inandıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti