...

Türkiyədə üç nazirin toxunulmazlıq hüququ ləğv edilə bilər

Siyasət Materials 18 Dekabr 2013 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə üç nazir - iqtisadiyyat naziri Zəfər Çağlayan, daxili işlər naziri Müəmmər Gülər və şəhərsalma və ətraf mühit üzrə nazir Ərdoğan Bayraqdar toxunulmazlıq hüququndan məhrum edilə bilərlər. Bu barədə Trend "Kanal D" telekanalına istinadən məlumat verir.

Telekanalın məlumatına görə, İstanbul prokurorluğunun ölkə parlamentinə üç nazirin toxunulmazlıq hüququnun ləğv edilməsi məsələsi ilə bağlı müraciət edəcəyi gözlənilir.

Qeyd edək ki, dekabrın 17-də polisin İstanbul və Ankarada keçirdiyi xüsusi əməliyyat nəticəsində 52 nəfər, o cümlədən iş adamları və dövlət nazirlərinin övladları həbs edilib.

Məlumata əsasən, həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti