...

Türkiyədə yeni nazirlərin adları bu gün açıqlana bilər

Siyasət Materials 25 Dekabr 2013 16:33 (UTC +04:00)
Bu gün Türkiyədə istefaya gedən nazirlərin yerinə təyin ediləcək yeni nazirlərin adları açıqlana bilər. Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir.
Türkiyədə yeni nazirlərin adları bu gün açıqlana bilər

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Bu gün Türkiyədə istefaya gedən nazirlərin yerinə təyin ediləcək yeni nazirlərin adları açıqlana bilər. Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir.

Qəzetin məlumatına görə, bu gün Baş nazir Rəcəb Tayyib Ərdoğan Prezident Abdullah Güllə görüşdükdən sonra Nazirlər Kabinetinin yeni tərkibini elan edəcək.

Nəşr həmçinin yazır ki, DİN-in keçmiş rəhbəri Müəmmər Gülərin yerinə dövlət naziri Bəkir Bozdağ təyin edilə bilər.

Digər təyinatlar barədə hələlik dəqiq məlumat yoxdur.

Qeyd edək ki, bu gün Türkiyədə adı korrupsiya qalmaqalında hallanan iqtisadiyyat və daxili işlər nazirləri Zəfər Çağlayan və Müəmmər Gülər, həmçinin şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdar istefa veriblər.

İstefası barədə açıqlama verən Z.Çağlayan bildirib ki, əsəs səbəb ölkədə yürüdülən "çirkli oyunlar"ın üstünün açılmasıdır: "Tez bir zamanda həqiqət üzə çıxacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti