...

Dövlət Departamenti Lavrov və Kerrinin yanvarın 13-də Parisdə görüşəcəyini təsdiqləyib

Siyasət Materials 8 Yanvar 2014 00:18 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Birləşmiş Ştatların dövlət katibi Con Kerrinin yanvarın 13-də Parisdə görüşəcəyini təsdiqləyib.
Dövlət Departamenti Lavrov və Kerrinin yanvarın 13-də Parisdə görüşəcəyini təsdiqləyib

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

ABŞ Dövlət Departamenti Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Birləşmiş Ştatların dövlət katibi Con Kerrinin yanvarın 13-də Parisdə görüşəcəyini təsdiqləyib. Trend İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Departamentin rəsmi nümayəndəsi Cen Psaki bildirib.

O, qeyd edib: "Mən təsdiq edə bilərəm ki, Lavrovla görüş yanvarın 13-də Parisdə baş tutacaq".

Departament rəsmisi hesab edir ki, görüşdə əsas diqqət "Cenevrə-2" sülh konfransının keçirilməsi məsələsinə ayrılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti