...

İlham Əliyev MDB ölkələrində mütəşəkkil cinayətkarlıqla mübarizənin əlaqələndirilməsi üzrə Büro haqqında Əsasnamə barədə qərarı təsdiq edib

Siyasət Materials 16 Yanvar 2014 19:13 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci il noyabrın 25-də Moskva şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büro haqqında Əsasnamə barədə Qərar”ın təsdiq edilməsi haqqında fərman imzalayıb.
İlham Əliyev MDB ölkələrində mütəşəkkil cinayətkarlıqla mübarizənin əlaqələndirilməsi üzrə Büro haqqında Əsasnamə barədə qərarı təsdiq edib

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci il noyabrın 25-də Moskva şəhərində imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büro haqqında Əsasnamə barədə Qərar"ın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, 2005-ci il noyabrın 25-də Moskva şəhərində imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büro haqqında Əsasnamə barədə Qərar" (Azərbaycan Respublikasının ona dair xüsusi rəyi ilə birlikdə) təsdiq edilsin.

Nazirlər Kabinetinə bu fərmanda göstərilən Qərarın müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görmək, Xarici İşlər Nazirliyinə həmin Qərarın təsdiq edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti