...

Azərbaycan Müdafiə Nazirliyinin sistemində bir sıra xidmət, qulluqetmə vəzifələri mülki şəxslərə tapşırılacaq

Siyasət Materials 17 Yanvar 2014 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və digər təsisatlarda bir sıra xidmət, qulluqetmə vəzifələrinin icrası mərhələlərlə mülki şəxslərə tapşırılacaq. Bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətini rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı bildirib.

V. Dərgahlı deyib ki, Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən islahatlar müdafiə sisteminin və idarəetmənin təkmilləşdirilməsinə, döyüş hazırlığının daha da yüksəldilməsinə imkan yaradıb.

Onun sözlərinə görə, ordu ona aid olmayan əlavə funksiyalardan - müxtəlif təsərrüfat, mühafizə və qulluqetmə tapşırıqlarından azad edilir. Hərbi hissələrin şəxsi heyətinin sırf döyüş hazırlığı məsələlərinin həllində tam iştirak etməsi təmin edilir: "Bu məqsədlə bir sıra xidmət, qulluqetmə vəzifələrinin icrasına mülki şəxslərin cəlb olunması həyata keçirilib və gələcəkdə də bu məsələlərin mərhələli şəkildə həlli planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti