...

Qəzet: Türkiyə kəşfiyyatı Baş nazirin telefon danışığının dinlənildiyi yeri müəyyənləşdirib

Siyasət Materials 22 Yanvar 2014 13:03 (UTC +04:00)
Türkiyə kəşfiyyatı ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın telefon danışıqlarının dinlənildiyi xüsusi cihazın yerləşdiyi yeri müəyyənləşdirib.
Qəzet: Türkiyə kəşfiyyatı Baş nazirin telefon danışığının dinlənildiyi yeri müəyyənləşdirib

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə kəşfiyyatı ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın telefon danışıqlarının dinlənildiyi xüsusi cihazın yerləşdiyi yeri müəyyənləşdirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin "Milliyyət" qəzeti xəbər yayıb.

Qəzetin məlumatına görə, dinləmə aparatı və eləcə də xüsusi ötürücü Baş nazirin kabinetində quraşdırılıbmış.

Türkiyədə korrupsiya qalmaqalı üzrə işin istintaqı zamanı ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın telefon danışıqlarının dinlənildiyi müəyyən edilib.

Bir il əvvəl İstanbul polisinə ciddi korrupsiya pozuntuları haqqında məlumat daxil olub və il ərzində ölkənin bir sıra rəsmi şəxslərinin, eləcə də Baş nazirin telefon danışıqları dinlənilib.

Baş nazirin telefonunun qanunsuz olaraq dinlənilməsi ilə əlaqədar Türkiyənin Telekommunikasiya Rabitəsinin (TİB) rəhbəri Cəmaləddin Çelik vəzifəsindən azad edilib.

Çelik 2012-ci ilədək Türkiyə Milli Kəşfiyyatında (MIT) çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti