...

KTMT-nin baş katibi Ermənistana səfər edəcək

Siyasət Materials 3 Fevral 2014 15:24 (UTC +04:00)
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın başçılıq etdiyi nümayəndə heyəti fevralın 4-5-də Ermənistana səfər edəcək.
KTMT-nin baş katibi Ermənistana səfər edəcək

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın başçılıq etdiyi nümayəndə heyəti fevralın 4-5-də Ermənistana səfər edəcək. Trend-in "Arka" agentliyinə istinadən verdiyi məlumata görə, səfər Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryanın dəvəti əsasında baş tutur.

N.Bordyujanı səfər zamanı KTMT-nin Birləşmiş Qərargahının rəisi Aleksandr Studenikin müşayiət edəcək.

Səfər zamanı baş katibin Ermənistan Prezidenti Serj Sarkisyan, A.Baqdasaryan və müdafiə naziri Seyran Ohanyanla görüşəcəyi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti