...

Liberal Partiya Milli Şuraya qayıtmaq məsələsinə aydınlıq gətirib

Siyasət Materials 6 Fevral 2014 16:58 (UTC +04:00)
Azərbaycan Liberal Partiyası (ALP) Milli Şuraya qayıtmaq barədə yayılan məlumatlara aydınlıq gətirib.
Liberal Partiya Milli Şuraya qayıtmaq məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Liberal Partiyası (ALP) Milli Şuraya qayıtmaq barədə yayılan məlumatlara aydınlıq gətirib.

ALP sədri Əvəz Temirxan Trend-ə açıqlamasında təmsil etdiyi partiyanın hələ birlik haqqında düşünmədiyini deyib: "Hələlik bütün partiyalar vəziyyəti nəzərdən keçirirlər. Biz, ümumiyyətlə, bu birlik məsələləri ilə bağlı "taym aut" götürmüşük və müxalifətin daxili inteqrasiya proseslərinin gələcəyi haqqında dərindən düşünməliyik".

Ə.Temirxan, həmçinin Müsavat Partiyasının bələdiyyə və parlament seçkilərində birgə iştirakla bağlı Milli Şurada olmayan qüvvələrlə müzakirəyə başlayacağı barədə məlumata münasibət bildirərkən ALP-nin bu müzakirələrdə iştirak etməyəcəyini diqqətə çatdırıb: "Bu onların öz işidir".

Qeyd edək ki, bir müddət əvvəl ALP lideri Lalə Şövkətin, Əvəz Temirxanın və ALP-nin Milli Şuraya qaytarılması istiqamətində danışıqların aparılması barədə məlumatlar yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti