...

ABŞ-ın Arkanzas ştatının Senatında Azərbaycana aid qətnamə yekdilliklə qəbul edilib

Siyasət Materials 21 Fevral 2014 05:00 (UTC +04:00)
20 fevral tarixində ABŞ-ın Arkanzas ştatının senatı tərəfindən “Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü və onun ABŞ-la strateji tərəfdaşlığının dəstəklənməsinə çağıran Qətnamə” yekdilliklə qəbul edilib.
ABŞ-ın Arkanzas ştatının Senatında Azərbaycana aid qətnamə yekdilliklə qəbul edilib

Azərbaycan, Bakı, 21 fevral /Trend/

20 fevral tarixində ABŞ-ın Arkanzas ştatının senatı tərəfindən "Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü və onun ABŞ-la strateji tərəfdaşlığının dəstəklənməsinə çağıran Qətnamə" yekdilliklə qəbul edilib.

Trend-in Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən verdiyi məlumata görə, qətnamədə ABŞ tərəfindən Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi, ölkəmizin Amerikanın regionda mühüm strateji tərəfdaşı olduğu vurğulanır.

Burada enerji təhlükəsizliyi, terrorçuluğa, narkotiklərin qeyri-qanuni dövriyyəsinə və insan alverinə qarşı mübarizə və kütləvi qırğın silahlarının yayılmaması sahələrində ölkəmizlə ABŞ arasında həyata keçirilən əməkdaşlıq yüksək qiymətləndirilir.

Sənəddə həmçinin Azərbaycanın iqtisadi sahədə imza atdığı uğurlar və regionda Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi vacib irimiqyaslı layihələrin həyata keçirilməsində ölkəmizin aparıcı rolu qeyd edilir.

Qətnamədə Cənubi Qafqaz regionunda həll olunmamış qalan münaqişələrin Azərbaycanda sülh və sabitliyə zərər etməsinə imkan verilməməsinin vacibliyi qeyd olunaraq NATO, BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan Respublikasının suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün tanınması xüsusilə vurğulanır.

Qeyd etmək lazımdır ki, 2013-cü ildə Arkanzas ştatı qanunverici orqanının hər iki palatası tərəfindən Xocalı qətliamının 21-ci ildönümünə həsr olunmuş qətnamələr qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti