...

Türkiyə Baş prokurorluğu: Ərdoğanın oğlunun telefon danışıqlarının dinlənilməsi üçün order yoxdur

Siyasət Materials 28 Fevral 2014 10:32 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın telefon danışıqlarının dinlənilməsi və eləcə də izlənməsi üçün order yoxdur.
Türkiyə Baş prokurorluğu: Ərdoğanın oğlunun telefon danışıqlarının dinlənilməsi üçün order yoxdur

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın telefon danışıqlarının dinlənilməsi və eləcə də izlənməsi üçün order yoxdur. Bu barədə Türkiyənin Baş prokurorluğunun məlumatında deyilir. Trend-in məlumatına görə, xəbəri cümə günü "Anadolu" agentliyi yayıb.

Fevralın 25-də Türkiyənin bəzi kütləvi informasiya vasitələri xəbər yaymışdı ki, 2011-ci ildə İstanbul prokurorluğu tərəfindən "Salam" təşkilatının üzvlərinə qarşı aparılan antiterror əməliyyatları çərçivəsində ölkənin həm iqtidar, həm də müxalifət partiyaları ilə sıx bağlı olan yeddi mindən artıq insanın, eləcə də Baş nazirin ailə üzvlərinin telefon danışığı dinlənilib.

Bundan əlavə, xəbər verilirdi ki, antiterror əməliyyatları çərçivəsində Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidanın da telefon danışıqları dinlənilib.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının üzvü Məzhar Bağlı bildirmişdi ki, hökumət üzvlərinin telefon danışıqlarının yazısı üçüncü tərəfə verilib, lakin o, üçüncü tərəfin kimlər olduğunu dəqiqləşdirməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti