...

Türkiyədə rüşvət qalmaqalı ilə bağlı saxlanılan iş adamı Rza Zərrab və daha 7 nəfər azadlığa buraxıldı (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Fevral 2014 16:31 (UTC +04:00)
Türkiyə Prokurorluğu rüşvət qalmaqalı ilə bağlı saxlanılan iş adamı Rza Zərrab, sabiq daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər və sabiq iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayanın həbsdən azad edilməsi haqqında qərar qəbul edib.
Türkiyədə rüşvət qalmaqalı ilə bağlı saxlanılan iş adamı Rza Zərrab və daha 7 nəfər azadlığa buraxıldı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Prokurorluğu rüşvət qalmaqalı ilə bağlı saxlanılan iş adamı Rza Zərrab, sabiq daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər və sabiq iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayanın həbsdən azad edilməsi haqqında qərar qəbul edib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Həmçinin rüşvət qalmaqalı ilə bağlı həbs olunan daha 5 nəfər azadlığa buraxılıb.

Qeyd edək ki, bu il fevralın 14-də Türkiyənin "Xalq Bank"ının sabiq baş direktoru Süleyman Aslan və həbs olunan daha 8 iş adamı azad edilib.

Xatırladaq ki, dekabrın 17-də İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla, onlarla insan saxlanılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti