...

Seymur Orucov: "Sovetski"nin sökülməsi ölkədə aparılan abadlıq-quruculuq işinin tərkib hissəsidir

Siyasət Materials 4 Mart 2014 17:58 (UTC +04:00)
"Sovetski"nin sökülməsi ölkədə aparılan abadlıq-quruculuq işinin bir tərkib hissəsidir. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.
Seymur Orucov: "Sovetski"nin sökülməsi ölkədə aparılan abadlıq-quruculuq işinin tərkib hissəsidir

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir E.Mehdiyev/

"Sovetski"nin sökülməsi ölkədə aparılan abadlıq-quruculuq işinin bir tərkib hissəsidir. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

Onun sözlərinə görə, "Sovetski" SSRİ-nin müharibədən sonrakı dövrlərində plansız şəkildə salınmış yaşayış sahəsidir: "O vaxt SSRİ-nin elə bir gücü yox idi ki, şəhəri planlı şəkildə salsın və ona görə də bu cür plansız tikililərə göz yümürdu. Amma indiki dövrdə bu yaşayış sahəsi sanitariya-kommunikasiya tələblərinə cavab vermir. Əslində orada yaşamaq o insanların özləri üçün də çətindir, çünki adicə bir təcili tibbi yardım maşınının oraya girməsi və çıxması çox çətindir. Eyni zamanda, ümumi mətbəxdən və digər vasitələrdən istifadə etməyin özü ziyanlıdır".

S.Orucov əlavə edib ki, oradakı evlərin işıq alma qabiliyyətinə və yaxud da qazlaşmaya baxsan, heç biri standartlara cavab vermir: "Bu da orada yaşayan insanların ömrünün qısalmasına, bir çox yoluxucu xəstəliklərin yaranmasna səbəb olur. Bundan əlavə, orada insanların sıxlığı da öz mənfi təsirini göstərir".

O, qeyd edib ki, ölkə başçısının əsas məqsədi odur ki, Bakı dünyanın ən abad, ən gözəl şəhərlərindən birinə çevrilsin: "Burada da hökumətin məqsədi odur ki, oradakı heç bir insan aparılan bu işlərdən narazı qalmasın. Bunun üçün onlarla müxtəlif danışıqlar gedir, işlər aparılır və düşünürəm ki, dövlətin sosial siyasətinin nəticəsi olaraq burada da hər şey yüksək səviyyədə olacaq və nəticədə orada yaşayan insanlar yaxşı evlərə köçdükdən sonra gəlib orada yaşadıqları yerin abadlaşdırılmasını gördüdkə özləri də sevinəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti