...

Ərdoğan Krım tatarlarının lideri ilə görüşüb

Siyasət Materials 17 Mart 2014 02:13 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İzmirdə Krım tatarlarının lideri Mustafa Əbdülcəmil Krımoğlunu qəbul edib.
Ərdoğan Krım tatarlarının lideri ilə görüşüb

Azərbaycan, Bakı, 17 mart /Trend/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İzmirdə Krım tatarlarının lideri Mustafa Əbdülcəmil Krımoğlunu qəbul edib.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə Krımdakı son vəziyyət müzakirə olunub, M.Ə.Krımoğlu muxtar respublikadakı son hadisələr barədə Baş nazirə məlumat verib.

R.T.Ərdoğan yaşanan hadisələrdən və artan gərginlikdən narahat olduğunu deyərək, Krımda qarşıdurma olmaması və Krım tatarlarının zərər görməməsi üçün Türkiyənin böyük səy göstərdiyini vurğulayıb.

Baş nazir Türkiyənin Ukraynanın müstəqilliyinin, ərazi bütövlüyünün və siyasi birliyinin qorunması üçün sıx diplomatik fəaliyyət göstərdiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti