...

Azərbaycan diasporunun rəhbəri Türkiyədə yeni bələdiyyə sədri ilə görüşüb (FOTO)

Siyasət Materials 3 Aprel 2014 18:53 (UTC +04:00)
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) İdarə Heyətinin üzvləri və Kocaeli Azərbaycan Kültür Evinin nümayəndələri 2014-cü il martın 30-da Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində yenidən Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri seçilən, Türk Dünyası Bələdiyyələr Birliyinin sədri İbrahim Karaosmanoğlu ilə bələdiyyə binasında görüş keçirib.
Azərbaycan diasporunun rəhbəri Türkiyədə yeni bələdiyyə sədri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) İdarə Heyətinin üzvləri və Kocaeli Azərbaycan Kültür Evinin nümayəndələri 2014-cü il martın 30-da Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində yenidən Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri seçilən, Türk Dünyası Bələdiyyələr Birliyinin sədri İbrahim Karaosmanoğlu ilə bələdiyyə binasında görüş keçirib.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar yenidən Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri seçilən İ.Karaosmanoğlunu təbrik edərək Kocaeli şəhərinin Türkiyədə olduğu kimi, Azərbaycan və Türk dünyasında da öz yeri olduğunu deyib.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası ilə Kocaeli Böyükşəhər Bələdiyyəsi arasındakı əməkdaşlığa toxunan TADEF sədri B.Dündar federasiyanın fəaliyyətinə verdiyi dəstəyə görə İ.Karaosmanoğluna minnətdarlıq edib.

Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri İ.Karaosmanoğlu isə öz növbəsində Türkiyə ilə Azərbaycan arasında mədəniyyət sahəsində kifayət qədər əməkdaşlığın olduğunu, iqtisadi baxımdan isə bu əlaqələrin gücləndirilməsinin vacibliyini bildirib.

Kocaeli Universitetində azərbaycanlı gənclərin təhsil aldığını xatırladan İ.Karaosmanoğlu bundan sonra da onlar üçün hər cür təhsil almaq və təcrübə keçmək imkanlarının yaradılacağını vurğulayıb. Bələdiyyə sədri, eyni zamanda, qarşıdakı 23 aprel Beynəlxalq Uşaq Festivalına Azərbaycan təmsilçilərinin dəvət olunduğunu qeyd edib.

Sonda Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası ilə Kocaeli Böyükşəhər Bələdiyyəsi arasında Kocaelidə Azərbaycanın 28 May - Respublika Günü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə birgə tədbirlərin keçirilməsi haqqında razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti