...

Türkiyədə “YouTube” sosial şəbəkəsinə giriş yenidən bağlanıb

Siyasət Materials 5 Aprel 2014 10:43 (UTC +04:00)
Türkiyədə “YouTube” sosial şəbəkəsinə giriş yenidən bağlanıb.
Türkiyədə “YouTube” sosial şəbəkəsinə giriş  yenidən bağlanıb

Azərbaycan, Bakı, 5 aprel / Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə "YouTube" sosial şəbəkəsinə giriş yenidən bağlanıb. Bu barədə qərar Ankara İnzibati Məhkəməsi tərəfindən qəbul edilib. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Milliyyət" qəzeti xəbər yayıb.

Dünən Türkiyədə "YouTube" videoxidmətinə girişə qoyulan qadağa aradan qaldırılmışdı.

Qeyd edək ki, martın 27-də Türkiyədə "YouTube"-a giriş bağlanmışdı. YouTube-da Suriyadakı vəziyyətə həsr edilmiş məxfi müşavirənin audioyazısı yayılmışdı. Yığıncaqda Türkiyə kəşfiyyatı və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti