...

Qəzet: Türkiyənin güc strukturlarının iclasının detallarının açıqlanmasına dair iş üzrə daha bir nəfər saxlanılıb

Siyasət Materials 8 Aprel 2014 13:59 (UTC +04:00)
Türkiyənin güc strukturlarının məxfi iclasının detallarının açıqlanmasına dair iş üzrə daha bir nəfər saxlanılıb.
Qəzet: Türkiyənin güc strukturlarının iclasının detallarının açıqlanmasına dair iş üzrə daha bir nəfər saxlanılıb

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin güc strukturlarının məxfi iclasının detallarının açıqlanmasına dair iş üzrə daha bir nəfər saxlanılıb. Trend-in məlumatına görə, xəbəri çərşənbə axşamı diplomatik mənbələrə istinadən "Sabah" qəzeti yayıb.

Şübhəli şəxsin saxlanması üzrə əməliyyat Türkiyə milli kəşfiyyatının əməkdaşalrının iştirakı ilə keçirilib.

O da bildirilir ki, saxlanılanlar Fətullah Gülən hərəkatının və ölkə XİN-in əməkdaşlarıdırlar.

Martın 29-da ölkənin güc strukturlarının keçirdiyi məxfi müşavirənin təfərrüatlarının yayılması işi üzrə Türkiyə xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Öndər Aytaç saxlanılıb. O, yerli telekanalların birində bəyan etmişdi ki, Türkiyə Suriyaya müdaxilə etməyə hazırlaşır.

Qeyd edək ki, "YouTube"-da Suriyadakı vəziyyətə həsr edilmiş məxfi müşavirənin audioyazısı yayılmışdı. Yığıncaqda Türkiyə kəşfiyyatı və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti