Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir R.Hafizoğlu/
1 May yürüşləri Taksim meydanında keçirilməyəcək. Bu sözləri Türkiyənin daxili işlər naziri Əfqan Əla jurnalistlərə verdiyi açıqlamasında bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" telekanalı xəbər verib.
Ə.Əla deyib: "Taksim meydanı hər hansı bir yürüşün keçirilməsi üçün uyğun deyil, bu səbəbdən 1 May yürüşləri taksimdə deyil, başqa yerlərdə keçirilsin".
Onun sözlərinə görə, kütləvi toplantılar keçirildiyi zaman bir çox şeylər, o cümlədən əhalinin təhlükəsizliyi nəzərə alınmalıdır.
Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyası (CHP) bu gün verdiyi açıqlamada qadağalara baxmayaraq, partiya tərəfdarlarının 1 mayda İstanbuldakı Taksim meydanına toplaşacağını bildirib.