Azərbayacn, Bakı, 24 aprel /Trend, müxbir R.Hafizoğlu/
İstanbulun Taksim meydanı mitinqlərin keçirilməsi üçünyeri deyil. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Əfqan Əla bəyan edib.
Onun sözlərinə görə, Taksim meydanında 1 May yürüşü olmayacaq.
Nazir qeyd edib ki, Taksim meydanı hər hansı yürüşün keçirilməsi üçün əlverişli deyil, ona görə də 1 May yürüş burada yox, başqa yerdə keçiriləcək.
Ə.Əlanın sözlərinə görə, kütləvi tədbirlər keçirilən zaman bir çox amilləri, o cümlədən vətəndaşların təhlükəsizliyini nəzərə almaq lazımdır.