...

Türkiyədə 1 May yürüşü zamanı təxribat hazırlamaqda ittiham olunan 11 nəfər saxlanılıb

Siyasət Materials 1 May 2014 10:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir R.Hafizoğlu/

Bu gün səhər İstanbulda keçirilən xüsusi əməliyyat nəticəsində 1 May yürüşü zamanı təxribat hazırlamaqda ittiham olunan 11 nəfər saxlanılıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Xüsusi əməliyyatın gedişində odlu silah götürülüb.

Faktla bağlı cinayət işi açılıb.

Türkiyədə 1 May - Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Gününün qeyd edilməsi 32 il ərzində qadağan olunub. 2014-cü ilin aprelində isə hakim Ədalət və İnkişaf Partiyası (AKP) 1 May yürüşünün keçirilməsinə qoyulan qadağanı ləğv edib.

İstanbul valiliyi 1 May yürüşünün Taksim meydanında keçirilməsini münasib hesab etmir. Valilik 1 May yürüşü zamanı təxribat hallarının baş verə biləcəyi haqqında məlumatların olduğunu da açıqlayıb.

Bir müddət bundan əvvəl ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Taksim meydanında yürüş keçirməyi unutmaq lazımdır: "Hökumət 1 May yürüşü zamanı ölkədə vəziyyətin gərginləşməsində maraqlı deyil".

Türkiyənin daxili işlər naziri Əfqan Əla isə jurnalistlərə açıqlamasında deyib ki, 1 May yürüşü Taksim meydanında keçirilməyəcək: "Taksim meydanı hər hansı yürüşün keçirilməsi üçün uyğun yer deyil, bu səbəbdən də 1 May yürüşü Taksimdə deyil, başqa yerlərdə keçirilsin".

Onun sözlərinə görə, kütləvi toplantılar keçirildiyi zaman bir çox şeylər, o cümlədən əhalinin təhlükəsizliyi nəzərə alınmalıdır.

Türkiyənin əsas müxalifəti - Cümhuriyyət Xalq Partiyası (CHP) qadağalara baxmayaraq, partiya tərəfdarlarının mayın 1-də İstanbuldakı Taksim meydanına toplaşacağını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti