Azərbaycan, Bakı, 1 may /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri 1 May yürüşünün keçirilməsi üçün İstanbulun Taksim meydanına toplaşırlar.
Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, polis aksiya iştirakçılarını dağılışmağa çağırsa da, onlar buna heç bir reaksiya verməyiblər.
Hazırda İstanbul polisi Taksim meydanına bütün girişləri bağlayıb.