...

Bu gün AŞ Nazirlər Komitəsində sədrlik Avstriyadan Azərbaycana keçəcək

Siyasət Materials 6 May 2014 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir S.Əhmədova/

Bu gün Vyanada Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin 124-cü sessiyası keçirilir.

Trend-in məlumatına görə, Azərbaycanı sessiyada xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Sessiyada Avropa Şurası Nazirlər Komitəsinə sədrlik Avstriyadan Azərbaycana keçəcək.

E.Məmmədyarov Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə prioritetlərini açıqlayacaq.

Görüşdə AŞ ölkələrinin xarici işlər nazirləri, həmçinin Avropada demokratiya, insan haqları və qanunun aliliyi, AŞ-nin qonşu regionlara dair siyasəti, Avropa İttifaqı ilə əməkdaşlıq və digər məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, Azərbaycan AŞ Nazirlər Komitəsində sədrliyə mayın 14-dən başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti