...

Elmar Məmmədyarov Türkiyənin xarici işlər nazirinə başsağlığı məktubu ünvanlayıb

Siyasət Materials 14 May 2014 16:15 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş faciəvi qəzada çoxsaylı insan itkisi ilə əlaqədar Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna başsağlığı məktubu ünvanlayıb.
Elmar Məmmədyarov Türkiyənin xarici işlər nazirinə başsağlığı məktubu ünvanlayıb

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş faciəvi qəzada çoxsaylı insan itkisi ilə əlaqədar Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna başsağlığı məktubu ünvanlayıb.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məktubda deyilir: "Cənab nazir, əziz qardaşım, Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş faciəvi qəzada çoxsaylı insan itkisi xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti