...

Azərbaycan hərbçiləri Almaniyanın İT ekspertləti ilə müzakirələr aparacaqlar

Siyasət Materials 19 May 2014 10:07 (UTC +04:00)
Silahlı Qüvvələrimizin nümayəndələri Almaniyada beynəlxalq tədbirdə iştirak edəcəklər.
Azərbaycan hərbçiləri Almaniyanın İT ekspertləti ilə müzakirələr aparacaqlar

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İzzət/

Silahlı Qüvvələrimizin nümayəndələri Almaniyada beynəlxalq tədbirdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan-Almaniya əməkdaşlıq proqramına əsasən mayın 20-dən 22-dək Koblents və Oyskirxen şəhərlərində (Almaniya) informasiya texnologiyaları mövzusunda ekspert görüşü keçiriləcək.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti