...

Ukrayna parlamenti Aİ ilə 1 milyard avro ayrılması haqqında memorandumu ratifikasiya edib

Siyasət Materials 20 May 2014 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend/

Ukrayna Ali Radası Avropa İttifaqı (Aİ) ilə ölkəyə 1 milyard avro dəyərində makromaliyyə yardımının ayrılmasına dair memorandumun ratifikasiya edilməsi haqqında qanunu qəbul edib.

Trend-in UNİAN-a istinadən verdiyi məlumata görə, 229 deputat qərarın lehinə səs verib.

Sənəd Ukraynanın müvafiq müqavilələrin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların ölkə qanunvericiliyinə uyğun icrası haqqında Aİ-yə rəsmi yazılı müraciətindən sonra qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti