Azərbaycan, Bakı, 26 may /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin Manisa vilayətinin Soma şəhərinin Şaxtaçıların Həmkarlar İttifaqının sədri Tamer Küçükgenay istefa verib. Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir.
T.Küçükgenay bu addımı mayın 26-da Soma şəhərində 500-ə yaxın şaxtaçının onun istefası tələbi ilə etiraz aksiyası keçirməsindən sonra atıb.
Qeyd edək ki, mayın 13-də Türkiyənin Manisa vilayətinin Soma şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində 301 nəfər həlak olub və 486 nəfər yaralanıb.