...

İlham Əliyev: Azərbaycan-Rusiya qarşılıqlı əlaqələri regionda sülh və sabitlik naminə bundan sonra da uğurla inkişaf edəcək

Siyasət Materials 11 İyun 2014 18:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev: Azərbaycan-Rusiya qarşılıqlı əlaqələri regionda sülh və sabitlik naminə bundan sonra da uğurla inkişaf edəcək

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli Vladimir Vladimiroviç, Dövlət bayramınız - Rusiya Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Bu gün Rusiya Federasiyası sosial-iqtisadi və ictimai-siyasi sahələrdə sanballı uğurlar qazanmış müasir dövlətdir. Sizin rəhbərliyinizlə həyata keçirilən genişmiqyaslı dəyişikliklər ölkənizin daha da inkişaf etməsinə şərait yaradır".

Dövlət başçısı qeyd edib ki, xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri müxtəlif sahələrdə ümumi maraqları ehtiva edən uğurlu əlaqələrin möhkəm təməlini təşkil edir: "Əminəm ki, bu xeyirxah ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz, çoxplanlı Azərbaycan-Rusiya qarşılıqlı əlaqələri və strateji tərəfdaşlıq ölkələrimizin və xalqlarımızın firavanlığı, regionda sülh və sabitlik naminə bundan sonra da uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uğurlar, dost Rusiya xalqına isə sülh və firavanlıq arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti