...

Bakıda NATO PA-nın Rouz-Rout seminarı keçirilir

Siyasət Materials 16 İyun 2014 09:47 (UTC +04:00)
Bakıda NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusuna həsr olunmuş 86-cı Rouz-Rout seminarı keçirilir.
Bakıda NATO PA-nın Rouz-Rout seminarı keçirilir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir İlkin İzzət/

Bakıda NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusuna həsr olunmuş 86-cı Rouz-Rout seminarı keçirilir.

Trend xəbər verir ki, seminarın açılışında Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, NATO PA-nın prezidenti Hu Beyli, İsveçrənin Azərbaycandakı səfiri Paskal Aebişer, LİNKS təşkilatının direktoru Dennis Sammut çıxış edəcəklər.

Daha sonra seminar "Azərbaycanın xarici və təhlükəsizlikpriotetləri və Avro-Atlantik inteqrasiya", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi", "Azərbaycanda idarəçilik sektorunda islahatlar", "Azərbaycanda Təhlükəsizlik sektorunda islahatlar", "Krım böhranı: Cənubi Qafqaz üçün nəticələri", "Gürcüstanın Avro-Atlantik yolu: perspektivlərvə qalan çağırışlar", "Enerji təhlükəsizliyi: Cənubi Qafqaz və Xəzər regionlarında yeni imkanlar", "İran və regional təhlükəsizlik", "2014-cü ildən sonrakı Əfqanıstan: Daxili və regional sabitliyin dəstəklənməsi" sessiyaları üzrə davam edəcək.

Qeyd edək ki, 3 gün davam edəcək seminarda Ermənistan nümayəndələri də iştirak edir.

Xəbər lenti

Xəbər lenti