...

İŞİD-in İraqda girov götürdüyü türk sürücülər sərbəst buraxılıb

Siyasət Materials 3 İyul 2014 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının İraqda girov götürdüyü türk sürücülər sərbəst buraxılıb.

Trend-in Türkiyənin "Haber 7" telekanalına istinadən verdiyi məlumata görə, hazırda sərbəst buraxılan 32 sürücü İraqın kürd administrasiyasının mərkəzi Ərbil şəhərinə çatdırılıblar.

Yaxın vaxtlarda onların Türkiyəyə keçəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti