...

Misir məhkəməsi "Müsəlman Qardaşlar"ın liderini ömürlük həbsə məhkum etdi

Siyasət Materials 5 İyul 2014 17:07 (UTC +04:00)
Misir məhkəməsi "Müsəlman Qardaşlar" hərəkatının lideri Məhəmməd Bədiənin ömürlük azadlıq məhrum edilməsi barədə qərar verib.
Misir məhkəməsi "Müsəlman Qardaşlar"ın liderini ömürlük həbsə məhkum etdi

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Misir məhkəməsi "Müsəlman Qardaşlar" hərəkatının lideri Məhəmməd Bədiənin ömürlük azadlıq məhrum edilməsi barədə qərar verib.

M.Bədiə hərəkatın digər rəhbərləri və yüzlərlə tərəfdarı islamçılar dəstəklədiyi sabiq Prezident Məhəmməd Mursinin 2013-cü ilin yayında devrilməsindən sonra məhkəməyə verilib. Həmçinin "Müsəlman Qardaşlar"ın Misirdə fəaliyyəti qadağan edilib.

Təşkilatın rəhbərliyi və tərəfdarları barəsində onlarla məhkəmə işi qaldırılıb. Onlar əsasən zorakılığın artırılması, sui-qəsdlərin törədilməsi, həbsxanadan qaçışların təşkili, həmçinin casusluqda təqsirləndirilirlər.

Bundan əvvəl məhkəmə keçmiş Prezident M.Mursi kimi, eyni vaxtda bir neçə cinayət işinin iştirakçısı olan M.Bədiəyə qarşı bu cinayətlərin ikisinə görə ölüm hökmü çıxartmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti