...

XİN: İran Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasını istəyir

Siyasət Materials 23 İyul 2014 15:20 (UTC +04:00)
"Biz həmişə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması yönündə atılmış addımları dəstəkləmişik. Düşünürük ki, hər iki ölkənin belə bir görüşün keçirilməsinə razı olması, ikitərəfli əlaqələrin inkişafı və problemin həlli üçün addımlar atması onların öz işidir".
XİN: İran Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasını istəyir

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Təmkin Cəfərov/

"Biz həmişə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması yönündə atılmış addımları dəstəkləmişik. Düşünürük ki, hər iki ölkənin belə bir görüşün keçirilməsinə razı olması, ikitərəfli əlaqələrin inkişafı və problemin həlli üçün addımlar atması onların öz işidir". Trend-in IRINN televiziyasına istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü xanım Mərziyyə Əfxəm bu gün keçirilən həftəlik brifinqdə jurnalistin Fransa Prezidentinin Azərbaycan və Ermənistan prezidentlərini Parisdə görüşə dəvət etməsi ilə bağlı sualına cavabında deyib.

M.Əfxəm qeyd edib: "Düşünürük ki, ümumilikdə Azərbaycan və Ermənistan rəsmiləri həmin dəvəti qəbul ediblərsə, bu, problemin həlli istiqamətində və qonşu ölkələr arasında əlaqələrin yaxşılaşması üçün atılmış bir addımdır. İran qonşu ölkələr arasında ən yaxşı münasibətlərin qurulmasını həmişə dəstəkləyib və bu siyasəti öz şimal qonşuları ilə bağlı da davam etdirir. İstərdik ki, səylər nəticə versin və Azərbaycanla Ermənistan arasında əlaqələr normallaşsın. İran da həmişə bu sahədə hər iki ölkə ilə danışıqlar aparıb".

XİN rəsmisi İran-Azərbaycan birgə iqtisadi komissiyasının Bakıda keçiriləcək növbəti iclası ilə əlaqədar bildirib ki, hazırda işçi qrupu bu sahədə çalışır və iclasın keçirilməsindən bir-iki gün öncə toplantıda imzalanacaq sənədlərlə bağlı məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti