Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir Təmkin Cəfərov/
Azərbaycan və İran Aslanduz-Horadiz sərhəd keçid məntəqələrinin açılması ilə bağlı razılıq əldə ediblər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakıda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri, iqtisadi əməkdaşlıq üzrə İran-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi bildirib.
Mahmud Vaezi əlavə edib ki, gömrük məntəqəsinin açılması üçün infrastruktur işləri və yolların çəkilməsi ilə bağlı işlər yaxın zamanda başlayacaq.
O həmçinin Astara sərhəd keçid məntəqəsində ikinci körpünün tikintisi üçün iki ölkə arasında razılıq əldə olduğunu bildirib.
Eyni zamanda İran və Azərbaycan Rəşt-Astara dəmiryol xəttinin çəkilməsi işlərinin sürətləndirilməsi ilə bağlı razılıq əldə ediblər.
Azərbaycan və İran Aslanduz-Horadiz sərhəd keçid məntəqələrinin açılması ilə bağlı razılıq əldə ediblər (ƏLAVƏ OLUNUB)
Mahmud Vaezi əlavə edib ki, gömrük məntəqəsinin açılması üçün infrastruktur işləri və yolların çəkilməsi ilə bağlı işlər yaxın zamanda başlayacaq.