...

Azərbaycanda hüquq müdafiəçisi olan məhkum Həsən Hüseynli Prezident İlham Əliyevə müraciət etdi (FOTO)

Siyasət Materials 6 Avqust 2014 12:54 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeliyindəki cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Həsən Hüseynli cəzaçəkmə müəssisənin rəhbərliyi vasitəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
Azərbaycanda hüquq müdafiəçisi olan məhkum Həsən Hüseynli Prezident İlham Əliyevə müraciət etdi (FOTO)

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir İlkin İzzət/

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeliyindəki cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Həsən Hüseynli cəzaçəkmə müəssisənin rəhbərliyi vasitəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Həsən Hüseynli Prezidentə müraciətində deyib: "Son günlər erməni işğalçılarının növbəti dəfə Atəşkəs Sazişini pozması və Azərbaycan Ordusunun düşmənlərimizin bu təxribatlarının qarşısını rəşadətlə alaraq qısa bir müddətdə bütün cəbhə xətti boyunca vəziyyətə tam nəzarəti ələ alması bir daha sübut etdi ki, Sizin Ali Baş Komandan olduğunuz bu güclü Ordu güclü Azərbaycan dövlətinin qarantı olmağa qadirdir. İlk baxışda adi bir hərbi uğur təəssüratı yaradan bu fenomen əslində Sizin Strasburqdakı son möhtəşəm çıxışınızda Azərbaycanın müstəqil, qüdrətli və öz müqəddəratını həll etmək gücünə malik bir ölkə olması barədə söylədiyiniz tutarlı arqumentlərin reallığının əyani nümayişidir".

H.Hüseynli bildirib ki, əcnəbi siyasətçilərin onun həbsinin siyasi motivlərə əsaslandığı barədə bəyanatları qəbul etmir: "Sizin Ali diqqətinizə çatdırmaq istəyirəm ki, Vətənimizin bu taleyüklü günlərində üzləşdiyi problemlərin həllinə öz töhfəmi vermək imkanından məhrum olduğımdan dərin təəssüf hissi keçirirəm. Digər tərəfdən mənimlə bağlı şəxsi böhtan zəminində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb həbs ediləndən sonra mənə məlum olmuşdur ki, bir neçə əcnəbi siyasətçilər mənim həbsimin siyasi motivlərə əsaslandığı barədə bəyanatlar vermişlər. Mən bunu belə qəbul etmirəm və həbsimlə bağlı müraciət etdiyim apellyasiya məhkəməsində bəraət alacağıma əminəm. Azərbaycan hüquqi dövlətdir və Azərbaycan Prezidenti tərəfindən qorunmasına inanıram və hüquqlarımın heç bir əcnəbi siyasətçi tərəfindən qorunmasına ehtiyac görmürəm".

Bundan əlavə, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin ən yüksək səviyyələrə çatdırılmasında Prezident İlham Əliyevin əldə etdiyi nailiyyətlərin, həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası və ölkəmizin dünya ölkələri arasında layiqli yer tutması kimi Ali missiya uğrunda apardığı yorulmaz mübarizəsı danılmazdır: "Hörmətli cənab Prezident!

Ali ünvanınıza bu məktubu göndərməklə bir Azərbaycan vətəndaşı kimi Sizi əmin etmək istəyirəm ki, bütün şüurlu həyatım boyu olduğu kimi, bəraət alıb azadlığa çıxandan sonra da mən bütün gücümü, biliyimi və bacarığımı bu nailiyyətlərin daha da yüksəlməsinə və bu Ali missiyanın həyata keçməsinə sərf edəcəyəm!"

Qeyd edək ki, məhkum Həsən Hüseynli hüquq müdafiçəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti