...

Qazaxın Böyük Cəfərli kənd sakinləri Leyla Yunusun yerli nümayəndəsinin həbs olunmasını tələb edirlər

Siyasət Materials 9 Avqust 2014 12:58 (UTC +04:00)
Qazaxın Böyük Cəfərli kənd sakinləri Leyla Yunusun rəhbərlik etdiyi təşkilatın yerli nümayəndəsinin həbs olunmasını tələb edirlər.
Qazaxın Böyük Cəfərli kənd sakinləri Leyla Yunusun yerli nümayəndəsinin həbs olunmasını tələb edirlər

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir İlkin İzzət/

Qazaxın Böyük Cəfərli kənd sakinləri Leyla Yunusun rəhbərlik etdiyi təşkilatın yerli nümayəndəsinin həbs olunmasını tələb edirlər. Trend-in cəbhə bölgəsinə ezam olunan müxbirinin verdiyi məlumata görə, bu barədə sakinlər Azərbaycan Ordusunun erməni kəşfiyyat-diversiya qrupunun hücumunu dəf edərkən şəhid olmuş giziri İsa Almazovun ailəsini ziyarət etməyə gəlmiş KİV və ictimayyət nümayəndələrinə deyiblər.

Sakinlərin sözlərinə görə, özünü Leyla Yunusun təşkilatının yerli nümayəndəsi kimi təqdim edən Hamis Məsimov adlı şəxs burada antidövlət təbliğatı ilə məşğul olur. O, yerli əhalini müəyyən sosial problemlərə görə dövlətə qarşı etiraz aksiyaları keçirməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti