...

YAP təmsilçiləri Ankarada müalicə olunan əsgərlərimizi ziyarət ediblər

Siyasət Materials 28 Avqust 2014 13:18 (UTC +04:00)
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının qurultayında iştirak etmək üçün Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar - YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Ankarada müalicə olunan yaralı əsgərlərimizi ziyarət ediblər. Bu barədə Trend-ə S.Novruzov məlumat verib.
YAP təmsilçiləri Ankarada müalicə olunan əsgərlərimizi ziyarət ediblər

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının qurultayında iştirak etmək üçün Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar - YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Ankarada müalicə olunan yaralı əsgərlərimizi ziyarət ediblər. Bu barədə Trend-ə S.Novruzov məlumat verib.

Əsgərlərə tezliklə sağalmağı arzulayan deputatlar Vətənimizin müdafiəsində göstərdikləri şücaətə görə onlara minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, təcavüzkar Ermənistanın hərbi birləşmələrinin hücumları zamanı yaralanmış Azərbaycan Silahlı Qüvvələrinin üç əsgəri - Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da təyyarə ilə Türkiyəyə müalicəyə gətiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti