...

Zakir Həsənov Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və digər rəsmi şəxslərlə görüşüb (FOTO)

Siyasət Materials 11 Sentyabr 2014 20:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Bu gün "Bakı Ekspo Mərkəzi"ndə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Draqo Lovriçi qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ölkələrimizin yerləşdikləri regionlardakı hərbi-siyasi vəziyyət, hərbi-texniki və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Z.Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Milli Mühəndislik və Elm Komitəsinin sədri Mahammad İrfan Burneyi də qəbul edib.

Müdafiə naziri Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu qeyd edib.

Qonaq səfərdən məmnun qaldığını bildirərək, Azərbaycan-Pakistan qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin keçirilməsinin zəruriliyini vurğulayıb.

Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Sentyabrın 11-də "Bakı Ekspo Mərkəzi"ndə Azərbaycan müdafiə nazirinin Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Malaziya müdafiə nazirinin müavini Datuk Abdul Rahim Bakrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibdə görüşü olub.

Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Həmin gün Z.Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Belarus müdafiə nazirinin silahlanma üzrə müavini general-mayor İqor Lotenkovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti