...

Əfqanıstanda qadınlar yüksək vəzifələrə təyin ediləcək

Siyasət Materials 22 Sentyabr 2014 16:08 (UTC +04:00)
Əfqanıstanın yeni seçilmiş Prezidenti Əşrəf Qəni Əhmədzay qadınları bir neçə yüksək vəzifəyə təyin edəcəyinə, xüsusilə də onları Ali Məhkəminin heyətinə daxil edəcəyinə dair vəd verib.
Əfqanıstanda qadınlar yüksək vəzifələrə təyin ediləcək

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Əfqanıstanın yeni seçilmiş Prezidenti Əşrəf Qəni Əhmədzay qadınları bir neçə yüksək vəzifəyə təyin edəcəyinə, xüsusilə də onları Ali Məhkəminin heyətinə daxil edəcəyinə dair vəd verib.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata əsasən, yeni Prezident qeyd edib ki, qadınlar hökumətdə, təhsil və iqtisadiyyat sahələrində yaxşı təmsil olunmalıdırlar.

Onun sözlərinə görə, ölkənin əsas problemi yoxsulluq, savadsızlıqdır və təhlükəsizliyinin olmamasıdır.

Qeyd edək ki, sentyabrın 29-da Ə.Q.Əhmədzayın andiçmə mərasimi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti