...

Nazir müavini: Qazaxıstan-Azərbaycan əlaqələri bütün sahələr üzrə inkişaf edir

Siyasət Materials 9 Oktyabr 2014 17:55 (UTC +04:00)
Bu gün xarici işlər nazirinin müavini Nadir Hüseynov Azərbaycanda səfərdə olan Qazaxıstan xarici işlər nazirinin birinci müavini, "EXPO-2017" beynəlxalq ixtisaslaşdırılmış sərgisinin komissarı Rapil Coşıbayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir müavini: Qazaxıstan-Azərbaycan əlaqələri bütün sahələr üzrə inkişaf edir

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Bu gün xarici işlər nazirinin müavini Nadir Hüseynov Azərbaycanda səfərdə olan Qazaxıstan xarici işlər nazirinin birinci müavini, "EXPO-2017" beynəlxalq ixtisaslaşdırılmış sərgisinin komissarı Rapil Coşıbayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb və əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olunub. Mədəniyyət, humanitar və iqtisadi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu qeyd olunub.

Azərbaycan tərəfi "EXPO-2017" beynəlxalq sərgisinin Qazaxıstanın Astana şəhərində keçirilməsi ilə əlaqədar qarşı tərəfə uğurlar arzulayıb.

R.Coşıbayev səmimi qəbula görə təşəkkürünü bildirərək, Qazaxıstanla Azərbaycan arasında əlaqələrin bütün sahələr üzrə inkişaf etdiyini vurğulayıb.

Qazaxıstan tərəfi beynəlxalq sərgiyə hazırlıq mərhələsi barədə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti