• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Siyasət

Cenevrədə keçirilən tədbirdə Azərbaycandakı inkişaf proseslərindən danışılıb (FOTO)

10 Oktyabr 2014 16:06 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Cenevrə Beynəlxalq Universitetində təhsil alan azərbaycanlı tələbələr oktyabrın 9-da Azərbaycana həsr olunan tədbir keçiriblər.

Trend-in məlumatına görə, tədbirdə Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafında əhəmiyyətli rolu barədə söhbətlər aparılıb.

Universitetin tələbəsi Rüstəm Hüseynli çıxışında bildirib ki, bu gün Azərbaycan Cənubi Qafqaz regionunun ən güclü dövlətidir: "Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Bu uğurların təməlində ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyaları dayanır. Bu gün həmin ideyalar Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılır".

Diqqətə çatdırılıb ki, Azərbaycan beynəlxalq iqtisadi layihələrin reallaşmasında öz qətiyyətli mövqeyini ortaya qoyaraq, dünya ölkələri sırasında yerini möhkəmləndirməkdə davam edir.

Tələbə Asim Müslümlü bildirib ki, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşib. O bildirib ki, ötən il oktyabrın 9-da Prezident İlham Əliyevin yenidən ölkə rəhbəri seçilməsi bütövlükdə Azərbaycanın tərəqqisi istiqamətində atılacaq yeni addımların davamı oldu: "Artıq həmin hadisədən bir il ötür. Bu bir il ərzində Azərbaycan əvvəlki illərdə olduğu kimi, çox mühüm uğurlar qazanmağa müvəffəq olub. Azərbaycanda sağlam gənclik mühiti mövcuddur. Bu mühiti isə bizə dövlətimizin başçısı bəxş edib".

Tələbə Tamerlan Abdullayev və Mirqasım Əfəndiyev Azərbaycan dövləti tərəfindən gənclərə, təhsilin inkişafına göstərilən diqqət və qayğıdan danışıblar. Bildirilib ki, Azərbaycan gəncləri dövlətin onlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirirlər.

Tədbir çərçivəsində tələbələrimizlə görüşən Cenevrə Beynəlxalq Universitetinin rektoru Erik Vilyamson Azərbaycanın dünyadakı rolu və əhəmiyyəti haqqında danışıb. O bildirib ki, müstəqil Azərbaycan gənc dövlət olmasına baxmayaraq, bu gün Avropanın, o cümlədən dünyanın ən sürətlə inkişaf edən dövlətləri sırasında yer alıb.

Rektor ölkəmizin bu uğurlarının təməlində Azərbaycan Prezidenti İlham Əliyevin güclü idarəçilik qabiliyyətinin, demokratik dəyərlərə üstünlük verməsinin, novatorluğunun, Avropaya inteqrasiya istiqamətindəki uğurlu səylərinin və müasir dünyagörüşünün olduğunu vurğulayıb.

O, həmçinin qeyd edib ki, azərbaycanlı tələbələr ictimai fəallıqları ilə Cenevrə Beynəlxalq Universitetinin müəllim və professor heyəti tərəfindən rəğbətlə qarşılanır.

E.Vilyamson tələbələri Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallının Cenevrə Beynəlxalq Universitetinin kitabxanasına hədiyyə etdiyi Prezident İlham Əliyevin fəaliyyəti, ölkəmizin mədəniyyəti və tarixi haqqında kitablarla tanış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Cenevrə Beynəlxalq Universiteti
  • azərbaycanlı tələbələr
Azernews Newspaper
Digər xəbərlər
İtaliya universitetlərində təhsil almaq istəyən azərbaycanlı tələbələrin nəzərinə!
Cəmiyyət 8 Sentyabr 2017 17:04
Türkiyədə təhsil alan azərbaycanlı bıçaqlanıb
Cəmiyyət 20 İyun 2017 17:05
Azərbaycanlı tələbələr Pamukkale Universitetində (FOTO)
Cəmiyyət 27 İyul 2015 16:46
Əskişəhərdəki festivalda azərbaycanlı tələbələrin ifası maraqla qarşılanıb (FOTO)
Cəmiyyət 14 May 2015 10:25
Almaniyada gəncləri Xocalı soyqırımına biganə qalmamağa çağırdılar (FOTO)
Dağlıq Qarabağ Münaqişəsi 9 Fevral 2015 11:56
"Praqmatik siyasətin uğurlu 11 ili" (FOTO)
Cəmiyyət 25 Dekabr 2014 15:24
Azərbaycanlı tələbələr Londonda tədbir keçirdi (FOTO)
Cəmiyyət 10 Dekabr 2014 14:53
DQİDK sədri İranda təhsil alan azərbaycanlı tələbələrlə görüşüb (FOTO)
Cəmiyyət 17 Sentyabr 2013 15:52
Çin azərbaycanlı tələbələr üçün təqaüd proqramı elan edib
Cəmiyyət 5 Aprel 2013 17:48
Xaricdə oxuyan azərbaycanlı tələbələrin problemləri nədir?
Cəmiyyət 18 Dekabr 2012 10:23
Ən çox oxunanlar
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib
Ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbçilərin ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalanıb
Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək - Siyahı dəqiqləşdirilir
4 marşrut xəttinin hərəkət CƏDVƏLİNDƏ dəyişiklik edildi
Nəzər nöqtəsi
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur

Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur

Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib
Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter