...

Azərbaycan öz ərazisindən külli miqdarda narkotikin keçirilməsinin təhqiqatı ilə bağlı BMT-yə müraciət edib

Siyasət Materials 14 Oktyabr 2014 16:12 (UTC +04:00)
Rəsmi Bakı Azərbaycan ərazisindən külli miqdarda narkotik vasitələrin tranzit olaraq keçirilməsi ilə bağlı Gürcüstanda aparılan cinayət işinin təhqiqatına beynəlxalq ekspertlərin cəlb edilməsi üçün BMT-yə müraciət edib.
Azərbaycan öz ərazisindən külli miqdarda narkotikin keçirilməsinin təhqiqatı ilə bağlı BMT-yə müraciət edib

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İlkin İzzət/

Rəsmi Bakı Azərbaycan ərazisindən külli miqdarda narkotik vasitələrin tranzit olaraq keçirilməsi ilə bağlı Gürcüstanda aparılan cinayət işinin təhqiqatına beynəlxalq ekspertlərin cəlb edilməsi üçün BMT-yə müraciət edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iyulun 11-də Gürcüstan Daxili İşlər Nazirliyi ölkədə külli miqdarda (2.800 litrə yaxın yuyucu maddədə həll edilmiş 588 kq heroin, 11 kq 759 qr morfin və 2 kq 201 qr kodein) narkotik maddənin saxlanılması və həmin narkotik maddənin Azərbaycan ərazisindən tranzit olaraq keçirildiyi barədə məlumat yayıb. Hazırda bu məsələ ilə əlaqədar Gürcüstanda cinayət işi açılıb və istintaq aparılır.

Prosedur qaydalarına görə, Azərbaycan tərəfi bu istintaq prosesində iştirak etmədiyindən, sözügedən məsələnin tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov təhqiqata beynəlxalq ekspertlərin cəlb edilməsinə köməklik göstərilməsi üçün BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin icraçı direktoru Yuri Fedotova müraciət ünvanlayıb.

Araşdırmaların nəticələri barədə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti