...

Fələstin İsrail üzrə yeni qətnamə layihəsi ilə bağlı Azərbaycandan dəstək almaq niyyətindədir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 15 Oktyabr 2014 14:00 (UTC +04:00)
Fələstin BMT Baş Assambleyasına təqdim etməyə hazırlaşdığı İsrail üzrə yeni qətnamə layihəsi ilə bağlı Azərbaycandan dəstək almaq niyyətindədir.
Fələstin İsrail üzrə yeni qətnamə layihəsi ilə bağlı Azərbaycandan dəstək almaq niyyətindədir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Səba Ağayeva/

Fələstin BMT Baş Assambleyasına təqdim etməyə hazırlaşdığı İsrail üzrə yeni qətnamə layihəsi ilə bağlı Azərbaycandan dəstək almaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu Fələstinin xarici işlər naziri Riyad əl-Maliki azərbaycanlı həmkarı Elmar Məmmədyarovla apardığı danışıqlardan sonra keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Fələstin bununla əlaqədar müxtəlif ölkələrlə məsləhətləşmələr aparır.

R.Maliki qeyd edib ki, səfər zamanı Azərbaycan tərəfi bu məsələ ilə bağlı məlumatlandırılıb: "Biz səmərəli məsləhətləşmələr apardıq, Yaxın Şərq, Suriya, Liviya və Livandakı vəziyyəti müzakirə etdik".

XİN rəhbəri Fələstinin Azərbaycanın dəstəyini yüksək qiymətləndirdiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti