...

Elmar Məmmədyarov: Azərbaycan Fələstin xalqını tamamilə dəstəkləyir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 15 Oktyabr 2014 14:07 (UTC +04:00)
Azərbaycanın Fələstinlə bağlı mövqeyi məlumdur - Azərbaycan Fələstin xalqını tamamilə dəstəkləyir.
Elmar Məmmədyarov: Azərbaycan Fələstin xalqını tamamilə dəstəkləyir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Səba Ağayeva/

Azərbaycanın Fələstinlə bağlı mövqeyi məlumdur - Azərbaycan Fələstin xalqını tamamilə dəstəkləyir.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Bakıda rəsmi səfərdə olan fələstinli həmkarı Riyad əl-Maliki ilə danışıqlardan sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan Fələstin hökumətinə humanitar yardımı davam etdirir.

E.Məmmədyarov bildirib ki, həmçinin tərəflər təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər: "Fələstin vətəndaşları artıq Azərbaycanın universitetlərində təhsil alırlar".

R.Malikinin səfəri çərçivəsində danışıqların yekunu üzrə iki ölkənin xarici işlər nazirləri XİN-lər arasında məsləhətləşmələr üzrə qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti