...

XİN: Türkiyə "Peşmərgə"nin Suriyaya keçməsinə yardım edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 20 Oktyabr 2014 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə İraqın şimalındakı kürd administrasiyasının tabeliyində olan "Peşmərgə"yə (xüsusi təyinatlı ordu hissələri) ölkə ərazisindən Suriyanın Kobani şəhərinə keçməsinə yardım edib.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə Suriyanın Kobani şəhərinin "İslam Dövləti" qruplaşmasının nəzarəti altına keçməsini istəmir.

M.Çavuşoğlu qeyd edib ki, hazırda Kobanidə "İslam Dövləti"nin yaraqlılarına qarşı döyüşən 7 hərbiləşdirilmiş qrup var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti