...

Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən yazdı

Siyasət Materials 27 Oktyabr 2014 12:34 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan bir neçə saatdan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.
Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən yazdı

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan bir neçə saatdan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

Trend-in məlumatına görə, bunu Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində yazıb.

Bundan öncə isə, C. Uorlik danışıqlarda iştirak etmək üçün artıq Parisdə olduğu barədə Twitter səhifəsində məlumat vermişdi: "Artıq Parisə çatmışam. Prezident Olland prezident Serj Sarkisyan və prezident İlham Əliyevlə danışıqlar aparacaq. Ümid edirəm ki, onlar bizi sülhə yaxınlaşdıracaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti