...

"Türkiyə-Ermənistan sərhəd məsələsinə dair müxtəlif baxışlar"

Siyasət Materials 19 Noyabr 2014 17:53 (UTC +04:00)
“2009-cu ildə imzalanan Türkiyə- Ermənistan protokollarının icra edilməsinin iki əsas səbəbi var idi : Azərbaycan və Türk ictimaiyyətlərinin reaksiyaları”. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi Cavid Vəliyevin Türkiyənin nüfuzlu “Hürriyət” qəzetində dərc olunan məqaləsində deyilir.
"Türkiyə-Ermənistan sərhəd məsələsinə dair müxtəlif baxışlar"

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi Cavid Vəliyevin Türkiyənin nüfuzlu "Hürriyət" qəzetində "2009-cu ildə imzalanan Türkiyə- Ermənistan protokollarının icra edilməsinin iki əsas səbəbi var idi : Azərbaycan və Türk ictimaiyyətlərinin reaksiyaları" adlı məqaləsi dərc edilib.

Trend-in məlumatına görə, məqalədə qeyd olunub ki, əslində, protokolların icra edilməməsi üçün əsas səbəb bu müqaviləyə Türk cəmiyyətinin münasibəti idi. Türkiyə ictimaiyyətinin Türkiyə-Ermənistan protokollarına qarşı mənfi münasibətinin əsas səbəbi yalnız Dağlıq Qarabağ;n işğal altında olması deyil, həm də 20-ci əsrin əvvəllərində Anadoluda erməni quldur dəstələri tərəfindən türklərə qarşı həyata keçirilən qətliamlar və ümumilikdə, Türkiyəyə qarşı tələblər və beynəlxalq aləmdə Türk xalqına qarşı qondarma soyqırım təbliğatı idi.

Müəllif bildirir ki, lakin türk cəmiyyəti və türk hökumətinin reaksiyalarına baxmayaraq, Türkiyənin daxilində və xaricində cəmiyyətə və qərar verən şəxslərə təsir etmək üçün müxtəlif cəhdlər mövcuddur:

"2010-cu ildən yəni Türkiyə-Ermənistan protokolları dayandırıldığı vaxtdan Türkiyə və Ermənistan arasında "səssiz diplomatiya" təşəbbüslərini dəstəkləmək üçün özlərinin maliyyə dəstəkləri ilə ABŞ və Avropa Birliyi hərəkətə keçdi. 2010-cu ildə USAİD Ermənistan - Türkiyə təşkilatları konsorsiumuna 4,7 milyon dollar maliyyə vəsaiti ayırdı. 2014-cü ildən Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Türkiyə tərəfdən 8 vətəndaş cəmiyyəti təşkilatlarının konsorsiumu Ermənistan -Türkiyə "Normallaşma Prosesi"nə dəstək verdi".

Müəllif yazıda daha sonra qeyd edib ki, Qərb dairələri tərəfindən, iki ölkə arasında münasibətlərin normallaşması Cənubi Qafqazda sülh və sabitlik yaradacaq iddiasını Türkiyə içində də dəstəkləyənlər mövcuddur. Bunlar öz tezislərini daha da qüvvətləndirmək üçün, Türkiyə - Ermənistan sərhədlərinin açılması Türkiyənin bu regionda öz mövqeyini möhkəmləndirməyə imkan yaradacaq., iddiasını gündəmə gətirirlər.

Bu baxımdan, 2007 -2009-cu illərdə Türkiyə - Ermənistan gizli danışıqlarının iştirakçısı olmuş keçmiş Bakıdakı səfir Ünal Çeviközin 2014- cü il noyabrın 13-də "Hürriyetdailynews" qəzetində belə bir yazısı nəşr olunmuşdur: "Türkiyə-Ermənistan münasibətlərinin yeni oyun dəyişdiricisinə ehtiyac vardır" .

Çeviközə görə, sərhədlərin açılması 2015-ci ildə Türkiyəyə qarşı təzyiqləri azalda bilər. İkincisi isə, açıq sərhədlər Türkiyəyə Dağlıq Qarabağ və Cənubi Qafqazda danışıqlarda öz mövqeyini gücləndirmək üçün xeyli kömək ola bilər.

Halbuki, 2009-cu ildə protokolların ratifikasiyasından sonra Ermənistan prezidenti Serj Sarkisyan Avropa ölkələri və ABŞ- a səfər edərək erməni diasporasını əmin etməyə çalışdı ki,1915-ci il hadisələrinin soyqırım hadisəsi olaraq tanıtmaqdan imtina etməyəcəklər. Maraqlısı odur ki, eyni zamanda, bütün bu protokollardan sonra erməni tarixçiləri öz ərazi iddialarını əsaslandırmaq və sübut etmək üçün Türkiyədə yerləşən erməni abidələrini araşdırmağa , öyrənməyə başladılar. Cavab olaraq, nə üçün Türkiyə və Azərbaycan Ermənistan ərazisində Türk tarixi abidələrinin siyahısını araşdırmaq və öyrənmək üçün ortaq siyasət formalaşdırmırlar?

Türkiyəyə qarşı bu cür ittihamlar və təzyiqlər bağlı sərhədlərə görə deyil, çünkü soyqırımın tanıdılması üçün təbliğat soyuq müharibə dövründə sərhədlərin bağlanmasından əvvəl başlamışdı.

Türkiyə uzun müddət Erməni diasporunun fəaliyyətlərinə biganə yanaşdığı üçün Erməni diasporu uğurlu nəticələr əldə etmiş oldu. Türkiyə Erməni diasporunun fəaliyyətlərinə qarşı strategiyasını daha yeni formalaşdırmağa başladı. Bununla əlaqədar, Türkiyə öz strategiyasının bir hissəsi kimi Azərbaycanın erməni diasporuna qarşı uğurlu təcrübəsindən istifadə edə bilər.

Sərhədlərin açılması tərəfdarlarına görə, əgər Ermənistan - Türkiyə sərhədləri açılsaydı Türkiyə Ermənistanın xarici siyasətində, o cümlədən Dağlıq Qarabağ məsələsində Ermənistanın siyasi qərarlarına xüsusi bir təsirə malik ola bilərdi. Eyni zamanda , sərhədlərin açılmasından sonra, Türkiyə Ermənistan cəmiyyətində etimad qazana bilərdi. Ancaq qeyd etmək lazımdır ki, bütün göstərilən arqumentlərin möhkəm və maddi sübutları yoxdur. Əksinə olaraq, Avropa İttifaqı Ermənistanın iqtisadiyyatı və gömrük xidmətlərini yaxşılaşdırmaq üçün təxminən 100 milyon avro xərclədi. Avropa Ermənistanın Rusiyaya qarşı Avropa İttifaqına ütünlük verəcəyini düşündü. Hətta Ermənistan hökumətinin məlumatlarına görə, Ermənistan xarici ticarətinin həcmində Avropa Birliyi birinci , Rusiya isə ikinci yerdədir. Ancaq 2013-cü ildə Ermənistan hökumətinin Rusiya Gömrük İttifaqı ilə imzaladığı sənədə, Avropa İttifaqının Ermənistanın siyasi qərarlarına təsri etmədiyini göstərdi.

Cənubi Qafqazda Türkiyənə mövqeyi gəldikdə, Türkiyənin strateji tərəfdaşı olan Azərbaycan Cənubi Qafqazda liderdir. Ermənistan Türkiyəyə regionda öz mövqeyini artırmağa kömək edə biləcək strateji mövqeyə sahib deyil. Birincisi, regional layihələrin, demək olar ki ,hamısı Ermənistandan yan keçdi.

İkincisi, Rusiya strateji müəssisələrin hamısına nəzarət edir. Bu mənada açılan sərhədlərin Ermənistanın üzünün Qərbə dönməsi üçün cəsarətləndirəcəyənə şüphə ilə baxılır.

Qısaca olaraq, Türkiyə hökumətinin iqtidar və ana müxalifət partiyaları Dağlıq Qarabağ münaqişəsi həll olunmadan sərhədlərin açılmasının əleyhinədir. ABŞ və AB-nin maddi vəsaitlərinə baxmayaraq, bu vəziyyət belə davam edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti