...

Azərbaycan və Belçika Krallığı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Siyasət Materials 20 Noyabr 2014 12:48 (UTC +04:00)
Azərbaycanın Belçika Krallığındakı səfiri və Avropa İttifaqı yanındakı Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov Belçika Parlamentinin Nümayəndələr Palatasının yeni seçilmiş sədri Ziqfrid Bracke ilə görüş keçirib.
Azərbaycan və Belçika Krallığı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 20 noyabr/ Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycanın Belçika Krallığındakı səfiri və Avropa İttifaqı yanındakı Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov Belçika Parlamentinin Nümayəndələr Palatasının yeni seçilmiş sədri Ziqfrid Bracke ilə görüş keçirib.

Azərbaycan Respublikasının Belçika və Lüksemburqdakı səfirliyi və
Avropa İttifaqı yanında Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı səfir ölkəmizin regiondakı yeri və tutduğu mövqe barədə ətraflı məlumat verərək, Azərbaycanın daim Avropa ilə Asiya arasında körpü rolunu oynadığını vurğulayıb. F.İsgəndərov ölkəmizin mürəkkəb coğrafiyada yerləşdiyini nəzərə alaraq, Azərbaycanın müstəqillik əldə etdikdən sonra Avropaya və Avropa İnstitutlarına inteqrasiya yolunu tutduğunu qeyd edib.

F.İsgəndərov ikitərəfli iqtisadi münasibətlərin hazırkı durumu barədə məlumat verərək, son bir il ərzində iqtisadi əlaqələrin genişlənməsi və Belçika şirkətlərinin Azərbaycanda fəallaşmasını iki ölkə arasındakı münasibətlərdə müsbət tendensiya kimi qeyd etmiş və iqtisadi münasibətlərinin inkişafı fonunda siyasi əməkdaşlığın möhkəmlənməsinin zəruri olduğunu nəzərə çatdırıb.

Səfir parlamentlərarası münasibətlərin ikitərəfli əlaqələrə töhfəsini vurğulayaraq, mövcud parlamentlərarası əməkdaşlığın daha da intensivləşəcəyinə ümid etdiyini bildirib. Diplomat Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun 2013-cü ildə Belçikaya etdiyi rəsmi səfərin parlamentlərarası əməkdaşlığın genişlənməsinə təkan verdiyini qeyd edib.

Z.Bracke Azərbaycan səfiri ilə görüşdən məmnunluq duyduğunu diqqətə çatdıraraq, ölkələr arasında dövlət və hökumət başçıları, nazirlər səviyyəsində qarşılıqlı səfərlərlə yanaşı, parlamentlərarası səfərlərin də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Z.Bracke Belçika və Azərbaycan arasında parlamentlər səviyyəsində siyasi dialoqun aparılmasına hazır olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti