...

Bahar Muradova vahid cəbhənin yaradılmasını təklif edir

Siyasət Materials 17 Dekabr 2014 11:41 (UTC +04:00)
Azərbaycanda dini və etnik zəmində tolerantlıq və sabitliyi qorumalıyıq.
Bahar Muradova vahid cəbhənin yaradılmasını təklif edir

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir İlkin İzzət/

"Azərbaycanda dini və etnik zəmində tolerantlıq və sabitliyi qorumalıyıq. Azərbaycana yönəlmiş, rahatlığımızı pozmaq istəyən qüvvələrə qarşı vahid cəbhədə birləşməliyik". Trend xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən "Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti" movzusunda birgə təşkil edilən konfransda çıxışı zamanı deyib.

Vitse-spikerin fikrincə, bu sahədə müvafiq dövlət qurumu ilə vətəndaş cəmiyyəti arasında münasibətlərin gücləndirilməsi, bu sahədə vətəndaş cəmiyyətinin imkanlarından istifadə edilməsi çox səmərəli olacaq: "Həm dini icmalarda, həm də qeyri-hökumət təşkilatlarında bu işləri lazımi səviyyədə görə biləcək insanlar var. Çünki bizi narahat edən məsələlər bizdən nə qədər uzaq olsa da, bizə yaxınlaşmaqdadır. Ona görə də həmin problemləri həll etməyə hazır olmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti