Azərbaycan, Bakı, 17 dekabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Qətər Dövlətinin Milli günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Əminəm ki, Azərbaycan-Qətər dostluğu və əməkdaşlığının inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qətər xalqına daim sülh və rifah diləyirəm".